Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini çəkir - - VİDEO
Bizi izləyin

Art

Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini çəkir - - VİDEO

İçərişəhərdə və paytaxtın mərkəzi küçələrindən biri olan Lev Tolstoy küçəsində çəkilən, müasir incəsənət növü sayılan "street art”lar (küçə incəsənəti) böyük marağa səbəb olub.

Publika.az bu barədə Xəzərxəbər-ə istinadən xəbər verir.

Sosial şəbəkələrdə də xeyli müzakirə olunan bu işlərin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Vüsalə Ağarazıyevadır. O, bu əsərləri Daşqın Bayramov və Ağayar Bayruşovla birlikdə ərsəyə gətirib.

Divarlara çəkilən rəsmlər xüsusilə də turistlər tərəfindən böyük maraqla qarşılanır. Binalarda çəkilən rəsmlərdə qədim Bakı və Azərbaycan ədəbiyyatının ən məşhur nümunələri əks olunub.

Gənc rəssamların fikrincə, paytaxtda elə binalar var ki, onlar küçə rəsmləri çəkmək üçün çox əlverişlidir.

Belə şəkilləriin sayını artırmaqla Bakını dünyanın ən məşhur "street art" şəhərlərindən birinə çevirmək olar.

Həmin görüntüləri sizə təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm