“Mizan” Mir Cəlalın “Xatirələr”ini hazırlayır - - FOTO
Bizi izləyin

Art

“Mizan” Mir Cəlalın “Xatirələr”ini hazırlayır - - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecdə yaradılmış “Mizan” Tələbə Dram Dərnəyində yeni tamaşa hazırlanır. Ölkə Prezidentinin görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illlik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Fondun təşəbbüsü ilə ədibin hekayələri motivində səhnələşdirilən tamaşa gələn ay təhvil veriləcək.

Kult.az xəbər verir ki, Mir Cəlal Paşayevin hekayələrindən ibarət “Xatirələr” tamaşasının ssenari müəllifi və rejissoru “Mizan” Tələbə Dram Dərnəyinin bədii rəhbəri, ADMİU-nin dosenti, əməkdar artist Məmməd Səfa Qasımovdur. Tamaşada ədibin müxtəlif dövrdə qələmə aldığı hekayələr canlandırılmaqla bərabər, Mir Cəlal Paşayevin öz obrazı da var. Hazırda tamaşa üzərində son məşqlər gedir. Tələbə aktyorların ifasında “Xatirələr” tamaşasının premyerasının ədibin ad günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Mizan” Tələbə Dram dərnəyinin ilk tamaşası ötən il olub. Kollektiv Ə.Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında tamaşanı uğurla təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm