Yaradıcı soydaşlarımız "Sarı gəlin" üçün birləşirlər - VİDEO
Bizi izləyin

Art

Yaradıcı soydaşlarımız "Sarı gəlin" üçün birləşirlər - VİDEO

Fransada təhsil alıb, fəaliyyət göstərən gənc cazmen Etibar Əsədli milli musiqimiz üçün olduqca əhəmiyyətli addım atıb.

Publika.az xəbər verir ki, E.Əsədli Fransada, eləcə də dünyada yaşayan çoxsaylı ermənilərin milli musiqimizi öz adlarına çıxarmaqlarından şikayətlənərək, bütün yaradıcı həmvətənlərimizi birliyə çağırıb.

O, "Sarı gəlin" xalq mahnımızı özünəxas tərzdə ifa edib, #SariGelin və #SariGelinChallage haştaqları ilə sosial şəbəkələrdə paylaşmağa səsləyib. Pianoçu bildirib ki, bu "çelenc"də nəinki musiqiçilər, eləcə də rəssamlar, heykəltaraşlar, yazarlar və digər şəxslər iştirak edib, öz yaradıcılıq nümunələrini paylaşa bilərlər.

Odur ki, "Sarı gəlin" üçün birləşmək vaxtıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm