• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Estoniyada Azərbaycan Günü keçirildi

  • Art
  • 26 Aprel 2018 06:44
  • 638 Baxış
Estoniyada Azərbaycan Günü keçirildi

Aprelin 25-də Estoniya Mədəniyyət Nazirliyində Milli Müxtəliflik Günü çərçivəsində Azərbaycan Günü keçirilib.

Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi işçilərinə Azərbaycan haqqında məlumat verilib, milli rəqslərimiz və təamlarımız təqdim olunub.

Tədbiri Estoniya Mədəniyyət Nazirliyinin məsul işçisi Anne Li Reymaa açaraq Estoniya-Azərbaycan icmasının fəaliyyətindən danışıb. Sonra çıxış edən Türkiyədən gəlmiş qonaq, dini işlər üzrə Avrasiya təmsilçisi Ömər Faruk Azərbaycanı ikinci vətəni adlandıraraq, tədbirdə iştirakından məmnun olduğunu söyləyib.

Estoniya-Azərbaycan icmasının rəhbəri Niyazi Hacıyev tədbirə qatılanlara təşəkkürünü bildirib.

“Orhan” Azərbaycan Bazar günü məktəbinin rəhbəri Sənəm Əliyeva Azərbaycanı Şərqin mədəniyyət beşiyi adlandırıb, respublikamızın Şərq və Qərb mədəniyyətinin qovuşuğunda yerləşən tolerant ölkə olduğunu qeyd edib.

Sonda məktəbin şagirdlərinin ifasında milli musiqi və rəqslərimiz təqdim olunub.

Tədbir Mədəniyyət Nazirliyi işçiləri tərəfindən böyük maraqla qarşılanıb. (Azərtac)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR