“Zəriflik” musiqi festivalı başladı - Gəncədə
Bizi izləyin

Art

“Zəriflik” musiqi festivalı başladı - Gəncədə

Azərbaycan Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub.

APA-nın xəbərinə görə, 30 aprel tarixinədək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edillər. Festivalda Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrı nümayəndə heyəti ilə təmsil olunur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək akademik Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri danışıb.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib.

Konsertdə Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov və Fərhad Bədəlbəyli (piano), əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Olga Naqornaya (soprano, Ukrayna), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm