“Fuad Poladovun rollarını heç kimə vermirik...” – Açıqlama
Bizi izləyin

Art

“Fuad Poladovun rollarını heç kimə vermirik...” – Açıqlama

Fuad Poladovun səhhətində heç bir dəyişiklik yoxdur, vəziyyəti olduğu kimi qalır.

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

Onun sözlərinə görə, xalq artisti Fuad Poladovun müalicəsi davam etsə də, hələlik müsbətə doğru heç bir dəyişiklik yoxdur:

“Fuad Poladovun Rus Dram Teatrının səhnəsində oynadığı rolları başqa aktyorlara vermirik. Gözləyirik ki, sağalsın, yenidən səhnəyə qayıtsın və o, tamaşalarda özü oynasın”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov bir müddətdir Milli Onkologiya Mərkəzində müalicə alır. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm