Qadınlara zəhərli həşəratlar yedirdən, arvadının köməyi ilə həbsdən qaçan yazıçının ACI SONU
Bizi izləyin

Art

Qadınlara zəhərli həşəratlar yedirdən, arvadının köməyi ilə həbsdən qaçan yazıçının ACI SONU

Dünya tarixinin ən qalmaqallı şəxsiyyətlərindən biri də Markiz de Sad olub. Fransız ədəbiyyatının parlaq siması, filosof və siyasətçi de Sadın azadlıq haqda düşüncələri nəinki dinin, eləcə də mənəviyyatın kandarında idi.

Publika.az xəbər verir ki, yazıçı Fransanın Vergi Palatasının prezidentinin qızı ilə maddi mənafeyinə görə evlənmişdi. Toydan bir neçə gün sonra de Sad əxlaqsızlıq yuvasında tez-tez olduğuna görə həbs edilir. Həmçinin qalmaqallı ədib şərti adı Janna olan qadını burada dəfələrlə zorlayırmış.

Əsilzadə arvadından ilk köpəsi doğulan gün yazıçı ikinci dəfə zindana düşür. Bu dəfə isə səbəb Roza adlı qadının cinsi istismarı idi. Rene tez-tez ərini həbsdə ziyarət edirdi. Gizli otaqda görüşlər zamanı qadın ikinci dəfə ərindən hamilə qalır və oğlu dünyaya gəlir.

Tezliklə məhkəmədə ədibin növbəti əməlləri üzə çıxır. Məlum olur ki, o, fahişələrin ölümünə səbəb ola bilərmiş. Belə ki, çılğın yazıçı qadınlara zəhərli həşəratlar yedirdirmiş ki, onlarla cinsi istəklərini sonadək gerçəkləşdirsin. Həkimlər həmin qadınları çətin də olsa həyata qaytarır. Məhkəmə de Sada ölüm cəzası kəsir.

Lakin ərinə dəli kimi aşıq olan Rene Markizin zindandan qaçmasına yardım edir. Renenin əsilzadə valideynləri boşanmağını tələb etsələr də, o razılşamırdı. Lakin 14 illik ailə həyatından sonra qayınanası yazıçının növbəti iyrənc əməllərini üzə çıxarır və Markiz yenidən həbsə düşür.

De Sad zindandan Reneyə məktub yazır: "Siz əsl axmaqsınız. Əlimdə imkanım olsaydı, sizi və üfunət qoxulu ailənizi bir çuvala qoyub suya atardım. İnanın ki, gəbərdiyinizi öyrənəcəyim gün məndən xoşbəxti olmayacaq”.

Rene məktubu oxuyandan sonra illərini verdiyi sevimli ərindən rəsmən boşanır və monastıra gedib ömrünü Allaha həsr edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm