Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olundu
Bizi izləyin

Art

Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olundu

İyun ayının 25-də, Masallı rayonunda Milli Məclisin deputatı Elmira Axundovanın təşəbbüsü və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun təşkilatçılığı ilə tanınmış tənqidçi yazar, Əməkdar mədəniyyət işçisi, filologiyya elmləri doktoru, professor, əslən Masallıdan olan Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olunub.

Publika.az xəbər verir ki, tədbirdə R.Hüseynov və E.Axundova ilə yanaşı millət vəkili, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor İmamverdi Həmidov, professor Şirindil Alışanlı, professor Rüstəm Kamal, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı Rayon Təhsil İdarəsinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Masallı Royunundan Olan Gənc Yazar Üzvləri və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Yubiley mərasimində çıxış edən qonaqlar Vaqif Yusiflinin yaradıcılığından, onun Azərbaycan Ədəbiyyatına verdiyi töhfələrdən, tənqidçinin ədəbi-bədii üslubundan söz açıb, ona xoş arzularını və təbriklərini çatdırıblar. Həmçinin yazara Rayon Ağsaqqallar Şurasının Fəxri diplomu təqdim edilib.

Eyni zamanda tədbirdə möhtərəm prezident İlham Əliyev cənablarının xanım parlamentari E.Axundovanı "Xalq Yazıçısı" fəxri adına laiq görməsi məsələsinə də toxunulub.

Rayon İcra Hakimiyyəti Başçısı, Bakı şəhərindən gələn akademik, professorlar və digər qonaqlar Elmira Axundovanı yüksək fəxri ad alması münasibəti ilə təbrik edərək, onun yazdığı çoxcildli kitablara diqqət çəkiblər. Bütün natiqlər qeyd ediblər ki, E.Axundova bu yüksək ada tam laiq bir yazıçıdır.

Rayon İcra Hakimiyyətinin Başçısı R.Hüseynov hər iki səbəbkara dəyərli hədiyyələr təqdim edərək, onları təbrik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm