Nazirlikdə yeni TƏYİNATLAR
Bizi izləyin

Art

Nazirlikdə yeni TƏYİNATLAR

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, fərmana əsasən, Mədəniyyət Nazirliyi Aparatının, eləcə də Dövlət Xidməti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri üzrə ştat vahidləri müəyyən edilib.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Mədəniyyət Nazirliyi Aparatının struktur vahidləri – şöbə və sektorları yaradılıb və nazirin müvafiq əmri ilə təsdiq edilib. Nazirlik Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Mədəniyyət Nazirliyi Aparatının struktur vahidlərinin təşkilində bu məqamlar xüsusi diqqətə alınmış, strukturda yeni – Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektoru yaradılıb.

Mədəniyyət nazirinin müvafiq əmrinə əsasən Aparatın şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib. Həmçinin nazirlik Aparatının əvvəlki strukturunda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm