Bakıda İran Mədəniyyəti Günləri
Bizi izləyin

Art

Bakıda İran Mədəniyyəti Günləri

"İran və Azərbaycan arasındakı tarixi bağlar bizim gələcəyimiz üçün çox əhəmiyyətlidir".

Publika.az xəbər verir ki, bunu Bakıda İran Mədəniyyəti Günlərinin açılış mərasimində İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi deyib.

Onun sözlərinə görə, iki ölkə arasında tarxi və mədəni əlaqələrin kökü keçmişə gedir: "Hər iki ölkədə olan tarixi izlər bizi keçmişimizə qaytarır. Bizim şəhərlərimiz tarixi bağlarımızdır. Bizi təkcə keçmişimiz bağlamır. Biz bu gündə yaxınıq. Dinimizdə, adət-ənənələrimizdə oxşarlıqlar var. Memarlıqdan tutmuş mətbəx və musiqimizə qədər. Biz bu gün bir yerdəyik. Lakin bizim gələcəkdə bir olmağımızı istəməyənlər var ki, onların da səyləri uğursuz olacaq. Mədəni əlaqələrimiz gələcək münasibətlərimizi möhkəmləndirəcək".

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında münasibətlərin dərinləşməsi iki ölkə üçün çox vacibdir: "Bu gün İran İslam Respublikası və Azərbaycanın mədəni həyatında mötəbər bir gündür. Bizim keçmişimiz və bugünkü müasir dünyamız mədəniyyətlərimizin nə qədər yaxın və bir-birinə bağlı olduğunu göstərir. Mədəniyyət günlərinin keçirilməsi bizim daha da yaxın olmağımıza və əlaqələrimizin inkişafına təkan verir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm