ƏSA Teatrı müsabiqə elan etdi
Bizi izləyin

Art

ƏSA Teatrı müsabiqə elan etdi

ƏSA Teatrı fotoqraflar üçün müsabiqə elan edib.

Publika.az xəbər verir ki, 7 iyul 2018-ci il, saat 19:00-da Akademik Opera və Balet Teatrının səhnəsində baş tutacaq “Paris Partladı” tamaşasının premyerasında ən yaxşı sən çək fotoqraf mükafatlandırılacaq.

Müsabiqənin əsas şərti odur ki, iştirakçılar möhtəşəm premyeranı əvvəldən axıradək – foye, tamaşa və kulis daxil olmaqla minimum 100 foto çəkməlidir. Yalnız bu şərtlərə əməl edən fotoqraflar müsabiqədə iştirak haqqı qazanacaq.

İştirak etmək istəyən şəxslər ƏSA-nın feysbuk səhifəsinə mesaj bölməsinə ad, soyadını və əlaqə məlumatlarını yaza bilər. Müsabiqədə iştirak edən fotoqraflar tamaşadan 1 saat əvvəl Akademik Opera və Balet Teatrında olmalıdır. Çəkilən fotolar 8 iyul saat 16:00-dək [email protected] mail ünvanına yüksək ölçüdə və loqosuz göndərilməlidir.

Müsabiqə iştirakçılarının çəkdiyi fotolar albom şəklində facebook səhifəmizdə paylaşılacaq! Qalib facebook səhifəmizdə tamaşaçılar tərəfindən 5 gün ərzində seçiləcək! Belə ki, foto albomuna ən çox bəyənmə (like) gələn fotoqraf qalib olacaq.

Qalib fotoqrafa 300 AZN pul mükafatı veriləcək!

Qeyd edək ki, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyul 19:00-da Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamsaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər.

Tamaşanın bədii rəhbəri teatrın təsisçisi Nihad Qulamzadə, quruluşçu rejissor Elşən Əsgərov, baş produser Nicat Qulam, quruluşçu rəssam Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, rejissor asistenti Anar Salahov, qrafik dizayner Vəfa Hacıoğludur. Surdo tərcüməbi Nuranə Abıyeva edib.

Rollarda İmran Lalayev, Səmayə Ağayarova, Coşqun Məmmədov, Könül Şahbazova, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Gülnar Əlfidatlı, Fərid Əliyev, Günay Məmmədova, Elşən Əsgərov, Elvin Mirzəyev çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm