Art
Məşhur yapon yazıçısından MÖHTƏŞƏM 16 FİKİR: bir-birimizi qucaqlayıb..
Haruki Murakami müasir yapon yazıçısı və tərcüməçisidir. Onu əsasən "Norveç meşəsi", "1Q84" romanlarının müəllifi kimi tanıyırlar.
Publika.az insan ruhunda baş verən bütün və ən kiçik hissləri dəqiqliyinə qədər təsvir etmək qabiliyyətinə malik olan yazıçının romanlarında yer alan hikmətli fikirlərini təqdim edir:
1. Peşə ilk növbədə sevgi aktı olmalıdır. Və çox gec olmadan unutmayın ki, iş həyatın özüdür.
2. Məhəbbətsiz bir dünya qapalı pəncərə arxasındakı külək kimidir. Nə toxuna, nə də içinə çəkə bilirsən.
3. Mən əvvəllər düşünürdüm ki, insanlar ildən-ilə, tədricən böyüyürlər. Və məlum oldu ki, yox. Adam bir anın içində böyüyür.
4. Bahar yeni bir şeyə başlamaq üçün ilin çox yaxşı vaxtıdır.
5. Dünyada yanlış fikir olmur. Bizimlə uyğun olmayan fikirlər olur, vəssalam.
6. Meşədə ikən sən onun bir hissəsi olursan. Bütünlüklə, zərrələrinə qədər. Yağışa düşmüsənsə, yağışın bir hissəsisən. Yanımda oturursansa, mənim bir parçam olursan.
7. Şəhər həyatı sizə ayaqlarınızın altına baxmağı öyrədir. Dünyada səma olduğu həqiqətini kimsə xatırlamır. Bir-birimizi qucaqlayıb qorxumuzu bölüşürük.
8. Sakitlikdədir güc.
9. Səhvlər həyatın durğu işarələridir, hansılar ki, onlarsız mətnin heç bir mənası olmayacaq.
10. Nə qədər çalışsan da, yara varsa, ağrı olacaq.
11. Duyğuları göstərmək lazımdır. Əks halda onlar yığılacaq, içəridə qatılaşacaq və sonra öləcəklər.
12. Bir-birinizə qarşı səmimi olmaq və yardım etmək... Bax, budur əsas.
13. Hər bir boşluq mütləq nə iləsə doldurulur.
15. İnsana ümid verilir, o da yaşamaq üçün onu yanacaq kimi istifadə edir. Ümidsiz heç bir "sonra" mümkün deyil.
16. Dənizə uzun müddət baxdıqda insanlar üçün, insanlara uzun müddət baxdıqda isə dəniz üçün darıxırsan.
Aytən
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK