"Haradansınız Mösyö Abel?" Fransada çap olundu
Bizi izləyin

Art

"Haradansınız Mösyö Abel?" Fransada çap olundu

Fransanın ilk və yeganə Azərbaycan nəşriyyatı olan “Kəpəz” növbəti kitabı fransız oxucularına təqdim edib.

Nəşriyyatın yaradıcılarından olan, yazıçı Nicat Kazımov bu əlamətdar hadisə ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, müəllifin daha bir kitabını fransızcaya tərcümə etdirmək fikrindədirlər.

"Kəpəz" nəşriyyatı tam olaraq fəaliyyətə başladıqdan sonra çox diqqətlə Azərbaycan ədəbiyyatını ələk-vələk edir, Fransada maraq oyadacaq əsərlər axtarırdıq. Nəhayət, Hüseyn Abbaszadənin "Haradansınız Mösyö Abel?" adlı əsərini tapıb oxudum. Bu əsər həqiqətən nəşriyyatımıza tam lazım olacaq kitab idi. Çünki, mövzusu Fransa ilə Azərbaycan arasında mədəni körpülər quran bir əsər idi. Belə ki, oxumağa başladığımda bir nəfəsə bitirmişdim. Mövzusunu fransız yoldaşlarıma danışdığımda bu əsərin çapına yekdilliklə qərar verdik. Bundan sonra sürətlə əsər tərcümə olunmağa başladı. Hər çıxardığımız kitabla özümüzü daha peşəkarlaşmış kimi hiss edirik. Çox güman ki, bu kitab müəllifin tərəfimizdən çap edilən yeganə əsəri olmayacaq . Təzəlikcə, Hüseyn bəyin "Şokalad paylayan qız" adlı əsərini də oxudum. Bu əsər də, tam axtardığımız tərzdədir. Bu, təkcə fransızların yox, bütün dünyanın xoşuna gələcək bir hekayədir. Düşünürəm ki, belə əsərlər sayəsində auditoriyamız günbəgün genişlənəcək".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm