“JARA humanitar sahədə real əməkdaşlığın gözəl nümunəsidir” - Zaxarova
Bizi izləyin

Art

“JARA humanitar sahədə real əməkdaşlığın gözəl nümunəsidir” - Zaxarova

Bakıda keçirilən JARA beynəlxalq musiqi yarışması insanları birləşdirən tədbirdir.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Düzünü desəm, mən bu tədbirin miqyasını təsəvvür etməmişdim. Bunun haqqında KİV-ə geniş danışmışam. JARA - bu, humanitar sahədə real əməkdaşlığın gözəl nümunəsidir və reallaşdırılmalıdır.

Bu, insanları birləşdirən beynəlxalq festivaldır. Bu, adət-ənənələrimizdən, ayinlərimizdən, tariximizdən istifadə etməklə, birləşə biləcəyimizin nümunəsidir. Mən bunu JARA-da gördüm”.

Xatırladaq ki, iyulun 26-27-də Zaxarova Bakıda səfərdə olub. O, burada keçirilən III Beynəlxalq JARA musiqili festivalına qatılıb (Oxu.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm