Art
Qəbələ festivalının bağlanış mərasimi keçirildi
Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan, Heydər Əliyev Fondunun təşkilatçılığı, Gilan Holdinqin dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti baş tutub.
Publika.az xəbər verir ki, mərasimdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aysel Teymurzadə və bir sıra tanınmış incəsənət xadimləri iştirak ediblər.
Festivalın bədii rəhbərlərindən biri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir.
Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib.
Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri italiyalı solist Kiara İsotton (soprano), Adil Axundov (tenor), Samir Cəfərov (tenor), Məhərrəm Hüseynov (bariton), gürcü solist Giorgi Çelidze (bas), Türkiyədən Mine Kurtoğlu (soprano) və Elnarə Məmmədova (soprano) müşayiət ediblər.
Konsertdə dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, C.Puççini, S.Raxmaninov, C.Verdi, V.A.Motsart, R.Molinelli, J.Massnenin əsərləri səsləndirilib.
Qeyd edək ki, iyulun 30-dan avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngin olub. Festivala Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var