Rio-de-Janeyroda Azərbaycan caz musiqisi səslənəcək
Bizi izləyin

Art

Rio-de-Janeyroda Azərbaycan caz musiqisi səslənəcək

Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın caz musiqisi təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, avqustun 30-da məşhur musiqiçi İsfar Sarabskinin triosu və Şəhriyar İmanov “Azərbaycan cazı” adlı konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu, uzaq Latın Amerikası ölkəsində Azərbaycan musiqisinin ilk təqdimatı deyil. 2015-ci ilin aprel ayında Rio-de-Janeyro şəhərində keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin “Qarabağ” muğam triosu ilə birgə konsertləri böyük maraq doğurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm