Art
Kukla Teatrı yeni mövsümü “Əlibaba və qırx quldur”la açacaq
Kukla Teatrı yeni mövsümdə “Əlibaba və qırx quldur”la açılış edəcək.
Publika.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün açılışına hazırlaşır. 87-ci mövsümdə teatrsevərlərə yeni, maraqlı və zəngin sənət nümunələri təqdim olunacaq. Teatrın kollektiv tamaşaçılarını sentyabrın 15-də “Əlibaba və qırx quldur” tamaşası ilə qarşılayacaq.
İki seans olmaqla (12 və 14:00) nümayiş olunacaq tamaşanın rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Min bir gecə” baleti əsasında qurulub.
Tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.
Tamaşaçılar mövsümün açılışı günündə “Şəngülüm, Məngülüm”ü (16:00) də izləyəcəklər. “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır.
Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!