Vilayət Quliyevin kitabı təqdim olundu
Bizi izləyin

Art

Vilayət Quliyevin kitabı təqdim olundu

Keçmiş xarici işlər naziri, Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin yeni kitabı təqdim edilib.

Publika.az xəbər verir ki, “Əlimərdan bəy Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq...” adlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Dövlət İdarəçilik Akademiyasında keçirilən tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Orxan Ələkbərov kitab haqqında danışıb.

Daha sonra kitabın müəllifi Vilayət Quliyev çıxış edərək, AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşov haqqında məlumat verib. O, bildirib ki, kitabda Topçubaşovun rus dilində yazdığı məqalələri, məktubları, çıxışları, səfər qeydləri, bədii publisistikası və digər fəaliyyətləri yer alıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da kitab və müəllifi haqda öz fikirlərini bildiriblər.

Tədbirdə millət vəkili Elman Nəsirli, akademiyanın müəllim-tələbə heyəti, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Kitab Azərbaycan Tərcümə Mərkəzi tərəfindən nəşr edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm