Azərbaycanlı aktrisa Atatürklə bağlı filmə çəkildi – FOTO
Bizi izləyin

Art

Azərbaycanlı aktrisa Atatürklə bağlı filmə çəkildi – FOTO

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı filmə azərbaycanlı aktrisa Məlahət Abbasova da çəkilib.

Publika.az Kult.az-a istinadən xəbər verir ki, sevilən aktrisamız filmdə Atatürkün bacısı Makbuləni canlandırıb.

M.Abbasova bununla bağlı bildirib: “Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün həyatından bəhs edən və dəyərli sənət adamı Zülfü Livanelinin qələmə aldığı “Vida” filmində Atatürkün bacısı Makbulə obrazına seçilməyim və oynamağım mənim üçün böyük bir şərəfdir. Bəlkə də kiçik bir roldur. Amma Atatürkün bacısı roluna yüzlərlə aktrisanın içindən azərbaycanlı sənət adamı olaraq mənim seçilməyim həyatımda oynadığım çox gözəl rollarımın önünə keçdi. Və Ulu öndərin bacısı Makbulə sənət yaradıcılığımda mənim üçün özəl bir yer tutdu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm