Gələcəkdə Marsda bu evlərdə yaşayacağıq - Ucuz, rahat və gözəl... - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Gələcəkdə Marsda bu evlərdə yaşayacağıq - Ucuz, rahat və gözəl... - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Cal-Earth” şirkəti “Gələcəyin evləri” layihəsini təqdim edib.

Publika.az xəbər verir ki, şirkət dünya miqyasında yaşanan mənzil çatışmazlığı probleminə maraqlı həll yolu tapıb.

Belə ki, “Cal-Earth” qum və gil kimi maya dəyəri ucuz olan və tamamilə təbiətin qanunlarına uyğun şəkildə evlər tikilməsini təklif edib. Şirkətdə təlim keçmiş könüllü şəxslər 40-dan çox ölkədə layihədə nəzərdə tutulduğu kimi evlər inşa edib.

Təbiətin prinsiplərinə və iqlim şəraitinə uyğun olaraq tikilən bu evlər təhlükəsizlik, gözəllik və rahatlıq baxımından dünya standartlarına uyğundur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq edilən “Cal-Earth” şirkətinin layihələri bir neçə prestijli memarlıq mükafatına layiq görülüb.

Bəzi şəxslər bu evlərin Marsda insanların yaşaması üçün uyğun olduğunu bildirir. Bəziləri isə elmi-fantastik filmlərdəki evlərə bənzədiyini deyir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm