Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək
Bizi izləyin

Art

Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək

Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək.

Nazirlikdən Publika.az-ə verilən məlumata görə, “Azərbaycan Kinosu Günləri” dekabrın 3-dən 6-dək Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, 4-dən 7-dək isə Azərbaycan Dillər Universitetində təşkil olunacaq.

Azərbaycanın tarixini və mədəniyyətini insanlara daha yaxından tanıtmaq, xüsusilə, gənclərdə vətənə və torpağa məhəbbət hisslərini gücləndirmək məqsədilə keçirilən Kino Günləri çərçivəsində son illər vətənpərvərlik, Qarabağ və digər milli-mənəvi dəyərlərimiz haqqında dövlət sifarişi ilə çəkilmiş sənədli filmlərin nümayişi və tanınmış incəsənət xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm