Bakı Media Mərkəzi “Nobel qardaşları”ndan bəhs edən film çəkdi - FOTO
Bizi izləyin

Art

Bakı Media Mərkəzi “Nobel qardaşları”ndan bəhs edən film çəkdi - FOTO

Nobel qardaşlarının Azərbaycanda neft sənayesindəki fəaliyyətinə həsr olunmuş “Miras” filminin çəkilişləri başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Media Mərkəzinin “Nobel oil” şirkətinin sponsorluğu ilə istehsal etdiyi ekran əsəri yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Layihənin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlinin olduğu ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neft doldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm