500 yaşlı samuraydan xoşbəxt HƏYAT SİRRİ
Bizi izləyin

Art

500 yaşlı samuraydan xoşbəxt HƏYAT SİRRİ

500 il öncə müdrik samurayın həyat haqda dediyi fikirlər bu gün də köməyinizə çatacaq.

Publika.az xarici mediaya istinnadən xəbər verir ki, Myamoto Musasi adlı samuray ölümündən əvvəl həyata hakim olmağın 20 qaydası adlı qeyd yazır. Müdrik samurayın sözləri bu gün də dahi yaponlar üçün əsas motivasiya mənbəyidir. “Tənhalıq yolu” adlı kitabında o, həyatı idarə etmək haqda geniş fikirlərini bölüşüb.

1. Həyatı olduğu kimi qəbul edin. Çünki stress, depressiyanın da əsas səbəbləri sizin öz xəyalınızda qurduğunuz dünyanın varlığına inanmaqdır

2. Zövq almaq istəyinizdən vaz keçin. Gün ərzində yeməkdən, seksdən, hətta artan maaşımızdan zövq almağa çox zaman sərf edirik. Sadəcə anla yaşayın, təbii yolla sizi əhatə edən zövqlərdən xoşbəxt olmağa çalışın.

3. Hisslərinizə qapanıb qərar verməyin. Musasi deyir ki, ürəyinizin səsinə qulaq asıb qərar verməkl heç də yaxşı fikir deyil. Məntiqinizə güvənin.

4. Özünüzdə asılıb qalmayın. Həqiqətən də bu gün sosial şəbəkələrdə daha çox bəyənmə toplamaq üçün dəridən, qabıqdan çıxırıq. Amma bu axında özümüzü eqomuzda ayırmağı unuduruq.

5. Paxıllığı hisslərinizə hakim etməyin. Paxıllıq nifrətin güclü formasıdır. Əgər o sizi udubsa, demək məhviniz çox yaxındadır.

6. İstəklərinizə bağlılıqdan qurtulun. Bəzən diləklərimiz heç vaxt nail ola bilməyəcəyimiz boş arzudur. Dərinə getmədən, reallığa qayıdın.

7. Heç vaxt təəssüflərlə yaşamayın. Keçmişi dəyişmək mümkün deyil.

8. Ayrılıqlara üzülməyin. Doğmalarınız, əzizləriniz sizi tərk edibsə, onları keçmişdə qoyub irəlli addımlamaqdan doğru yol yoxdur.

9 Ölümdən qorxmayın. Ölüm qorxusu sakit yaşamaqa imkan vermir. Saniyələrinizi dəyərləndirin.

10 Var-dövlətin təsirinə düşməyin. Bizi əşyalar yox, insanlar xoşbəxt edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm