Qəbələli uşaqlara “Qış nağılı” tamaşası təqdim olundu - - FOTO
Bizi izləyin

Art

Qəbələli uşaqlara “Qış nağılı” tamaşası təqdim olundu - - FOTO

Qəbələ rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Böyüklərlə yanaşı, uşaqlar da Yeni ilin gəlişini böyük səbirsizliklə gözləyirlər.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, əlamətdar bayramlar ərəfəsində Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrının nəzdində yaradılmış “Şəms” uşaq teatrı pərəstişkarlarına “Qış nağılı” adlı tamaşa təqdim edib.

Teatrın həvəskar aktyorlarının məharətlə canlandırdıqları Yeni ilin personajları olan Şaxta baba və Qar qız, həmçinin müxtəlif nağıl qəhrəmanları uşaqların böyük sevinc və marağına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm