• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Xalq rəssamının sərgisi keçiriləcək

  • Art
  • 14 Yanvar 2019 16:03
Xalq rəssamının sərgisi keçiriləcək

Yanvarın 15-18-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Azizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisi keçiriləcək. Sərginin açılış mərasimi 15 yanvar tarixində saat 19:00-da baş tutacaq.

Publika.az xəbər verir ki, Arif Azizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam edən “Maestro & Artists” qrup sərgisi, Arif Azizin 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində Rəssam-Maestro öz tələbələrinin əhatəsində təqdim olunur. “Maestro & Artists” sərgisində Arif Azizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə və məkanda bir neçə ustad rəssam nəslini birləşdirir.

Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. Hələ keçmiş əsrin 70-ci illərindən başlayaraq Arif Aziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərmişdir. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə davam etmişdir. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətinə başlayan Arif Azizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var.

Maestronun fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR