• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

  • Art
  • 22 Yanvar 2019 21:05
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyət naziri Əbülfəs Qarayevlə görüş keçirib.

“Report”un verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə qeyd olunub ki, mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə əsaslanır. Tərəflər mədəniyyət sahəsində fəal əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Görüş çərçivəsində həmçinin əməkdaşlıq haqqında gələcək planlar müzakirə olunub və 2019-cu ildə Azərbaycanda Gürcüstan mədəniyyəti, Gürcüstanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR