Art
Dahi bəstəkarın doğum günündə məzarı ziyarət olundu
Fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümündə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Bəstəkarın xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.
Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə görkəmli bəstəkar, pedaqoq və ictimai xadimin həyat və yaradıcılığı haqqında danışaraq ürək sözlərini, xatirələrini bölüşüb. Vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.
Bəstəkar Elnarə Dadaşova çıxışı zamanı diqqətə çatdırıb ki, Qara Qarayevin melodiya, ritm, musiqi forması sahəsində axtarışları Azərbaycan xalqının musiqi təfəkkürü xüsusiyyətlərinə, eləcə də ötən əsrlərin dünya bəstəkarlıq məktəbləri və musiqi cərəyanlarının ən yaxşı nümunələrinə əsaslanır.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli bildirib ki, musiqi sənətinin demək olar ki, bütün janrlarına müraciət etmiş bəstəkarın əsərləri dünyada şöhrətqazanıb, baletləri keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.
Çıxışlarda vurğulanıb ki, Qara Qarayev yaradıcılığı boyu Azərbaycan musiqisinin inkişafına çalışıb. Onun əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir.
Mərasimdə bəstəkarın ailə üzvləri – Xalq artisti, professor, bəstəkar Fərəc Qarayev, Züleyxa Qarayeva-Bağırova, Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi, Bəstəkarlar İttifaqı və musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı