Məşhur dizaynerin həyatından heç kimin bilmədiyi 7 fakt
Bizi izləyin

Art

Məşhur dizaynerin həyatından heç kimin bilmədiyi 7 fakt

Xəbər verdiyimiz kimi, moda dünyasının əfsanəsi, “Chanel” moda evinin kreativ dizyaneri Karl Legerfeld dünən 85 yaşında vəfat edib.

Qeyri-adi dühası və gözəl yumor hissinə malik olan dizayner həm də nəşriyyat evinin sahibi, bir neçə bestsellərin müəllifi, gözəl rəssam və fotoqraf idi. Heç bir modapərəst deyə bilməz ki, Karl Legerfeld onun zövq duyumuna bu və ya digər şəkildə təsir göstərməyib.

Publika.az oxucuları ölməz sənətkar haqqında 7 faktla tanış edir. Maestronun tərcümeyi-halı da onun modaya olan baxışı qədər qeyri-adidir.

İlk sərbəst iş (frilanser)

Картинки по запросу karl lagerfeld

Lagerfeldi ilk dizayner-filanser adlandırırlar. 1960-cı illərdə onun xidmətlərindən bir neçə Avropa brendi yararlanıb.

Pişiklərə sevgi

Похожее изображение

Onun sevimli pişiyi Şuppet reklamda çəkilişlər üçün aylıq maaş alırdı. Pişiyin instaqram səhifəsinin isə 100 mindən çox abunəçisi var.

Kitablar...

Картинки по запросу karl lagerfeld

Lagerfeld əsl "kitab qurdu" olub. Yeri gəlmişkən, onun evinin kitabxanasında 300 mindən çox kitabı var idi. Mütaliəyə böyük məhəbbəti olan dizayner nəşriyyat işini öyrəndikdən sonra özünün kitab mağazasını açmışdı.

Təxribat həyat tərzinə çevrilmişdi...

Похожее изображение

Lagerfeld təxribat oyunlarını sevirdi. Hətta bir dəfə striptizçi qızları və porno aktrisaları dəfiləsində çıxış etmək üçün dəvət etmişdi.

Arıqlamaq üzrə quru

Похожее изображение

O, “Dior Homme” kostyumlarını geyinə bilmək üçün 13 ay ərzində 42 kq çəki atıb.

Sağlam həyat

Похожее изображение

Lagerfeld bir qayda olaraq ət yemir, siqaret çəkmir və içki qəbul etmirdi.

Dahi sehrbaz

Похожее изображение

Dizayner doğum günlərinə nifrət edirdi, onun dəqiq doğum tarixi hələ də müzakirə edilir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm