Seks simvol yaşasaydı, 78 yaşını qeyd edəcəkdi
Bizi izləyin

Art

Seks simvol yaşasaydı, 78 yaşını qeyd edəcəkdi

1987-ci ilin 16 avqust tarixində Postsovet məkanının seks simvolu, sevimli aktyor Andrey Mironov dünyasını dəyişib. Uşaqlıq dünyamızın bəzəyi olan filmlərin gənc, yaraşıqlı obrazı yaşasaydı, bu gün 78 yaşını qeyd edəcəkdi.

46 yaşında elə səhnədə beyninə qan sızma səbəbi ilə huşunu itirən Mironov xəstəxanaya yerləşdirilir. İki gün ərzində həkimlər çox çalışsalar da Andreyi xilas etmək mümkün olmur.

Publika.az həyatı müqəddəs bəxşiş adlandıran seks simvolun ən maraqlı sitatlarını təqdim edir.

"Anam Mariya Mironova və atam Aleksandr Menaker az qalsın hər dəqiqə evdə məşq edirdilər. Tezliklə anladım ki, özünə edəcəyin ən böyük qəddarlıq aktyor olmaqdır".

"Hər şeyi yaxşı etməyə çalışmalısan. İstənilən halda nəticə pis alınacaq".

"Çağdaş tamaşaçı daha bilikli və məlumatlıdır. Aktyorun ondan zəif dünya görüşünə malik olmağa haqqı yoxdur".

"Aktyor üçün iki şey vacibdir: Ustalıq və şəxsiyyət. Şəxsiyyəti formalaşdırmaq üçün mütləq Sibirə köçmək, yaxud yük daşımaq gərəkmir. Ulyanova, Smoktunovskiyə bənzəməyin, yetər!"

"Deyə bilmərəm ki, “Brilliant əl” filmindəki obrazım kimi hər saniyə xoşbəxtlikdən rəqs edirəm, amma istənilən halda optimistəm".

"Xırda məişət əzablarımı mənəvi iztirabla tamamlayıram".

"İstənilən janrda obraz yaratmaq olar. Tək istəyim odur ki, qəhrəmanım məndən axmaq olmasın".

"Mənim üçün hər tamaşa böyük gərginlikdir. Daxilən özümü sakitləşdirməyə çalışsam da, bütün duyğularım qarışıb tamaşaçıya tuşlanır. O da mənim hisslərimi çox gözəl dərk edir".

"Məşhurluq yalnız ilk müddətdə qismət, sonradan isə taleyin acı oyununa çevrilir".

"Ölümə məhkum bütün canlılar kimi oxumağı sevirəm. Bərbad səsimi parodiya pərdəsi altında məharətlə gizlədirəm. Mənim üçün oxumaq da rəqs etmək kimi qəhrəmanın xarakterini üzə çıxarmağın bir vasitəsidir".

"Mənim haqqımda hər cür rəy yazırlar. Kimisi tərifləyir, digərləri əksinə... Amma mən də Mayakovskinin yoluna sadiqəm. O da kimin nə düşündüyü ilə maraqlanmırdı, sadəcə bir söz soruşurdu: Hörmət edirlər?"

"Hər bir qadında polis cizgiləri var. Öncə “Etməyin”, sonra ”Ardımca gəlin”.

"Bizim ölkəmizdə yaşamaq üçün ölmək lazımdır".

"Ağıllandığım gün öləcəm".

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm