İsveçdə “Tumurcuq” teatrının açılışı oldu - FOTO
Bizi izləyin

Art

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu - FOTO

İsveçin paytaxtı Stokholmda, burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

İsveçdəki Türk teatrının rəhbəri və rejissoru Burcu Ada Soysop çıxışında qeyd edib ki, teatrın yaradılması ilə bağlı fikir azərbaycanlı uşaq Məhəmmədəlinin ilk səhnəyə çıxışından sonra yaranıb.

“Keçən il Məhəmmədəlinin anası “Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərli Nazim Hikmətin ölüm gününə həsr etdiyi "Bir qazının anıları" tamaşasını hazırladı. Tamaşa səhnəyə qoyuldu. O zamandan Azərbaycan teatrı yaratmaq ideyası yarandı. Bu gün isə onun açılışını edirik”. Teatrın bədii rəhbəri Sevinc Nəzərli isə bu teatrı yaratmağın əhəmiyyətini diqqətə çatdırıb. “Teatr iki qrupa bölünür: Böyüklər bə gənclər. Ən yaşlı aktyorumuzun 55 yaşı var Teatrı yaratmaq bizim borcumuzdur. Amma yaşatmaq isə İsveç də doğulan və yaşayan azərbaycanlı gənc və uşaqların boynuna düşür. Onlar teatrı yaşatmalı və inkişaf etdirməlidirlər”, - o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm