Art
"Eurovision 2019" keçirilməyə bilər
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi İsrail və Fələstin münaqişəsinə görə təhlükə altındadır.
Publika.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri bildirib.
Qeyd edilir ki, müsabiqə Təl-Əvivin şimal hissəsində, İsrailin "yarmarkalar mərkəzi"ndə keçirilməlidir.
Avropa Yayım İttifaqından (EBU) bildirilib ki, buna yalnız müharibə və ya genişmiqyaslı hərbi əməliyyatlar mane ola bilər.
İndi ölkə hakimiyyəti İttifaqla birlikdə tamaşaçıların və "Eurovision 2019" iştirakçılarının təhlükəsizliyini bütün mümkün tədbirlərlə təmin etməyə çalışır.
Müsabiqənin dayandırılması təhlükəsi ABŞ prezidenti Donald Trampın İsrailin Holan yüksəklikləri üzərində hakimiyyətinin tanınması haqqında bəyannaməni imzalaması nəticəsində yaranıb. Sənədin imzalanması Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə Amerika liderinin görüşü zamanı baş tutub.
İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR