"Mart soyqırımı"na həsr olunmuş "Şanlı vətən” nümayiş olundu - FOTO
Bizi izləyin

Art

"Mart soyqırımı"na həsr olunmuş "Şanlı vətən” nümayiş olundu - FOTO

Bu gün DTX mədəniyyət mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı geniş bədii tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə mərhum Xalq artisti Amaliya Pənahova və Çingiz Ələsgərlinin ideya müəllifliyi əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı "Şanlı Vətən" tamaşasının nümayişi baş tutub. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq Abdullayev, geyim üzrə rəssam Sənan Gülalıyev, musiqi tərtibatçısı isə Rəşid Soltanovdur.

"Şanlı vətən" tamaşası cəmi 23 ay hakimiyyətdə olmuş Azərbaycan Xalq Cümhuriyyətinin, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam ordusunun Bakını erməni-daşnaq işğalından azad etməsinin, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileylərinə və təməli Ulu Öndər Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş "Dostluq körpüsü"nün hazırda cənab İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilməsinə həsr ounub.

Rollarda Tural Əhməd, Ülviyyə Rza, Toğrul Rza, İlqar Musayev, Rafiq İbrahimov, Tofiq Bayramov, Tural Ağayev, İsmayıl Atakişiyev, Hüsniyyə Mürvətova və başqaları çıxış edib.

Tamaşan öncə çıxış edən incəsənət xadimi, Müdafiə Nazirliyinin polkovniki, yazıçı publisist Abdulla Qurbani çıxış edərək 31 Mart Soyqırımından danışıb.

O bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tarixi qədimdir: “Sabah 31 Mart Soyqırımının 101-ci ili tamam olur. Amma azərbaycanlılara qarşı entik təmizləmə və təcavüzkarlıq siyasətinin tarixi çox uzundur. Torpaqlarımıza erməni ayağı dəydikdən sonra məhz bu siyasətə də qədəm qoyuldu. Bu siyasət 18-ci əsrin sonları, 19-cu əsrin əvvələrində artıq özünün kuliminasiya nöqtəsinə çatdı. İrandan və digər ölkələrdən qovulub çıxarılmış ermənilər bizim minillik əzəli və əbədi torpaqlarımızda məskunlaşdıqdan sonra Mart Soyqırımı və dolaşığa düşən yumaq kimi Qarabağ faciəsinin əsası qoyuldu. Bunu öz müəlliflərimizin dili ilə demək istəmirəm, rus və erməni mənbələrimə müraciət etsək, ulu babaların yazdıqlarına istinadən etsək, görərik ki, həqiqətən də Azərbaycan xalqına qarşı soyqırımlar törədilmişdi. Sisianov da vaxtı ilə öz imperiya rəhbərlərinə müraciət edərkən bildirirdi ki, artıq Qarabağ İran və Azərbaycan üçün qapıdır. Onlar iddia edirdi ki, bu qapıda yaşayanları nə qədər itaətdə saxlasaq və mövqelərimizi möhkəmləndirsək, bu, gələcəkləri üçün bir o qədər böyük qələbədir”.

Qubada baş verən Mart qırğınlarından da danışan polkovnik sonda qeyd edib ki, “Şanlı vətən” tamaşası ilə 100 il əvvəlki Azərbaycan həyatına, mühitinə və tarixinə səyahətdir.

Aytən Məftun

FOTO: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm