“Adamlar və Siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq
Bizi izləyin

Art

“Adamlar və Siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı aprelin 29-da yenidən tamaşaçılarla görüşəcək.

Publika.az xəbər verir ki, ƏSA Teatrının repertuarından tamaşaçılara yaxşı tanış olan “Adamlar və Siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq: “ƏSA Teatrı aprelin 29-da “Adamlar və Siçanlar” tamaşasını yeni versiyada təqdim edəcək.

“Adamlar və Siçanlar 3: Fermadan qaçış” adlanan yeni versiyada tamaşaçılar üçün sürpriz sonluq hazırlanır. Belə ki, Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək”.

Qeyd edək ki, məşhur amerikalı Nobel mükafatlı yazıçı Con Steynbekin “Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşası Bakı ilə yanaşı Naxçıvanda da anşlaqla nümayiş olunub. Bu dəfə isə tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alan teatr populyar tamaşaya yeni əlavələr etməklə təqdim edəcək.

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Tamşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Fərid Əliyev, Günay Məmmədova, Əlisahib Məmmədli ifa edəcək.

Tamaşa 29 aprel, axşam saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm