Art
Heydər Əliyev Sarayında məşhur pianoçunun konserti oldu
Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçusu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, konsertdə pianoçu L.V.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.V.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”, P.İ.Çaykovskinin “Düşüncə”, S.S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını ifa edib.
O, haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab olunur. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və s. digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.İ.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.
Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. O, 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.
Matsuyev 23 yaşında olarkən P.İ.Çaykovski adına XI Beynəlxalq müsabiqəsində uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.
-
Region17:21
Ruslar Türkiyədə mənzil alıcıları arasında lider oldu
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu