İslamı qəbul edən dünya şöhrətli ulduzun gənclərə qiymətli MƏKTUBU
Bizi izləyin

Art

İslamı qəbul edən dünya şöhrətli ulduzun gənclərə qiymətli MƏKTUBU

Bir neçə il əvvəl daxili rahatlığı və harmoniyanı İslam dinində tapdığını elan edən aktyor Morqan Friman dünya kinosunun sarsılmaz sütunlarından biridir.

Publika.az bu məqalədə oxucuları 86 yaşlı kino ulduzunun gənclərə ünvanladığı məktubu ilə tanış edib. Məktubu Morqan Friman şəxsən özü “Through the Wormhole” elmi serialı üçün yazıb. Aktyorun sözləri onun öz təcrübəsi əsasında qələmə alınıb. Odur ki, onun fikirləri hər birimiz üçün qiymətli tövsiyə ola bilər:

"86 yaşım var, təəssüf ki, artıq bir ayağım qəbirdədir. Milyonlarla dollarım bankda yatır, amma mən daha çox yaşamaq üçün öz sağlamlığımı satın ala bilmərəm. Dünyada milyonlarla pərəstişkarım və ailəm olsa da, indi tənhayam. Nə mənim övladlarım, nə qardaşım, nə də həyat yoldaşım ölüm döşəyimə gəlmədi. Mən həyatımı səhv yaşadım və istəmirəm ki, bu, sizin də başınıza gəlsin. Əgər dinləməyə və hərəkətə keçməyə hazırsınızsa, bütün gələcəyinizi dəyişmək üçün sizə yardım edərəm. Bütün həyatınızı bir neçə anın içində dəyişdirə biləsiniz. Kaş ki, kimsə bu sözləri mənə sizin yaşda olanda söyləyərdi.

Pul özü-özlüyündə şər deyil. Bu, bizim üçün həqiqətən dəyərli şeyləri almağa imkan verən qiymətli kağızdır. Soruşa bilərsiniz ki, pul şər deyilsə, bəs şər nədir? Şər - şərəfsizcəsinə, həyasızcasına və əxlaqsızcasına daha çoxuna nail olmaq cəhdləridir. Şər mövcud olmayan göy qurşağının ardınca sonsuz, ruhsuz və zəhlətökən qızıl küpü axtarışlarıdır. Şər nə bahasına olursa olsun nail olmaq istədiyiniz maliyyə uğurlarını qəlbinizə və ruhunuza dəyişməkdir. Şər bütün bu saxta ilğımlar çözülənə qədər xoşbəxtliyi təkrar-təkrar almağa çalışır.

Sahib olduğunuz hər şeyi itirdiyinizi təsəvvür edin. Sizi talayıblar. Qazandığınız bütün pullar qum dənələri kimi barmaqlarınızın arasından axıb gedib. Artıq daha çox saxta səadət ala bilmək üçün heç bir vəsaitiniz yoxdur. Artıq alış-verişə xərcləməyə pulunuz qalmayıb. Bu halda siz indi kimsiniz? Başınızdan pul yağanda dost hesab etdiyiniz insanlar indi hardadır?

Bəlkə həyatın bu anında ailə və dostlarınızı itirmisiniz, qalan ətrafdakılar sizi eqoist vecsiz kimi görə bilər. Bəs belə həyata necə gəlib çıxmısınız? Daha çoxuna nail olma səyləriniz zəifləməyinizə, həyatın əsas və real məqsədini unutmağınıza səbəb olub. Bu, sizi məyus edib? Özünüzü məzlum və pərt hiss etmisiniz? Əgər belə həyat təcrübəsini yaşamısınızsa, bu hətta əladır. Yalnız ona görə belə sərt danışıram ki, siz dəyişəsiniz. Demək istəmirəm ki, maliyyə uğurları qazanmaqdan imtina etməlisiniz. Mən yalnız istəyirəm ki, varlanmaq səylərinizlə yanaşı həyatın daha bir mənalı məqsədi də olduğunu başa düşəsiniz.

Öz həqiqi istedadınızı görmək üçün qəlbiniz sizə yalvarır. Elə indi dəyişə bilərsiniz, bunun üçün sadəcə müvəfəqqiyyətin sizin üçün nə məna ifadə etdiyini anlamaq gərəkdir. Ancaq bundan sonra korlanmış münasibətləri düzəldə və yenilərini qura biləcəksiniz.

Özünüzü və sizi incidən insanları bağışlaya bilərsiniz. Başqalarını doğrunu göstərməklə siz əsl lider ola bilərsiniz. Siz kimə oxşamaq istəyirsiniz? Həyat prioritetlərini düzgün müəyyənləşdirə, ailə həyatını xilas edə, ikinci yarınızı heç vaxt sevmədiyinizdən daha güclü sevə bilərsiniz.

İstənilən yaşda, hətta 86 yaşında belə nümunəvi valideyn ola bilərsiniz. Axı niyə o vaxta qədər gözləmək laımdır? İstənilən yaşda daha çox pul qazana bilərsiniz, amma heç vaxt bir neçə il əlavə ömür qazana bilmərsiniz. Gün gələcək bu dünyadan mənim kimi köçüb gedəcəksiniz. Bəs insanların yaddaşında necə qalmaq istərdiniz? Başqaları və bu dünyanı gözəlləşdirmək üçün nə etmisiniz? Bu planetdə əsas amalınız nədir? Hamımız nə vaxtsa öləcəyik, amma bu həyatı çox az adam doğru-dürüst başa vuracaq. Şansınız var ki, qaranlıqdan işığa doğru çıxasınız. Siz daha müqəddəs işlər üçün yaradılmısınız. Varlığınız yalnız pul qazanmaqla məhdudlaşmalı deyil.

İnsanın əsas vəzifəsi başqalarına ilham vermək və dünyanın daha yaxşı olmasına yardım etməkdir. Odur ki, gəlin gücümüzü səfərbər edək və bütün həyatımızı bu müqəddəs amala həsr edək. Bu zaman siz əsl sevginin hökmranlıq etdiyi bir dünyada yaşamağa başlayacaqsınız. Bu, sizə ömür boyu axtarışında olduğunuz əsl sevginin nə olduğunu anlamağa yardım edəcək. Ətrafınızdakı hər kəsə daha çox sevgi göstərməyə çalışın və bundan heç vaxt vaz keçməyin. Həyatınızın nə qədər ağır olmasına baxmayaraq, dünyanın sizin sevginizə və müsbət enerji dalğalarına hər zamankindən daha çox ehtiyacı var. Sevgi, əzab, əfv və inam sayəsində bəşəriyyət şərə qalib gələ bilər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm