Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil etdi - FOTO
Bizi izləyin

Art

Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil etdi - FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 2-də Ağdamda konsert keçirilib.

Publika.az xəbər verir ki, konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış ediblər.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə mayın 3-də Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəranda və Naxçıvanda konsertlər təşkil olunacaq. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm