• USD 1,7000 0,00% EUR 1,8962 -0,23%
    • GBP 2,1648 -0,45% RUB 0,0263 0,00%

“Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirildi - FOTO

  • Art
  • 16 May 2019 03:55
“Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirildi - FOTO

Mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib.

Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib, bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Fondun aparat rəhbəri, şair Qismət Rüstəmov mükafat barədə məlumat verib. Qeyd edib ki, mükafatın hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarların keçirilməsi də planlaşdırılır. Mükafatın məbləği 1000 manatdır.

Daha sonra AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Sonda mükafatlar təqdim edilib. “Ədəbiyyat adamı” mükafatına yazıçılardan Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, şair publisist Mehman Qaraxanoğlu və ədəbiyyatşünas alim Vaqif Yusifli layiq görülüblər (Azərtac).

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR