Art
Bakıda qadınlara həsr olunmuş sərgi açıldı - FOTO
Mayın 21-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Eldar Qurbanovun "Amore Mio" adlı sərgisi açılıb.
Publika.az xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açaraq onun açılışına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. X.Abdinov rəssamın həyat və yaradıcılığından söhbət açaraq bildirib ki, fırça ustasının ilk fərdi sərgisi 1987-ci ildə keçirilib. O, ABŞ, Çexiya, Fransa, Bolqarıstan, Polşa, Suriya, Meksika və başqa ölkələrdə təşkil edilmiş sərgilərdə də iştirak edib. E.Qurbanov 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülüb.
Ekspozisiyaya daxil olan əsərləri yüksək qiymətləndirən Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömar Eldarov sərginin böyük uğur qazanacağına əmin olduğunu bildirib. O deyib: “Eldar Qurbanov "Amore Mio" sərgisi üçün qadınların təsvir olunduğu gözəl əsərlər yaradıb. Bu tablolar həm də ona görə gözəldir ki, qadın dünyasına dərindən nüfuz edir. Sərginin adının özü zərif cinsin nümayəndələrinə bəslənilən sevgidən və məftunluq hisslərindən xəbər verir”.
Sonra sərgiyə gələnlər avanqard janrında yaradılmış 20-dən çox tablodan ibarət ekspozisiya və bir videoişlə tanış olublar. Sərginin kuratorları Samirə Səfi və Lana Sokolovadır.
Sərgi mayın 22-dək davam edəcək.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA