DTX-da "Qırmızı papaq və Redmüzi" tamaşası nümayiş etdiriləcək - FOTO/VIDEO
Bizi izləyin

Art

DTX-da "Qırmızı papaq və Redmüzi" tamaşası nümayiş etdiriləcək - FOTO/VIDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Qırmızı papaq və Redmüzi" tamaşası nümayiş etdiriləcək.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, səhnə əsəri tam fərqli ssenari ilə iyunun 1-2-də 12:00, 15:00 və 18:00 balaca tamaşaçıların görüşünə gələcək.

Qırmızı papağın kosmos sevdası onu kainata aparır. Qırmızı papağın başına kosmosda nələr gəlir? O, nənəsini görə biləcəkmi? Yadplanetlilərin Qırmızı papağa olan sevgisini, Redmüzi ilə tanışlığını və daha nələr olacağını tamaşanı seyr edəndə biləcəksiz.

Biletləri şəhərin kassalarından və iticket.az saytından almaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm