Art
Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılacaq

İyunun 10-da Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılacaq.
Publika.az xəbər verir ki, ekspozisiyada Azərbaycanı tərənnüm edən, onu kəşf etməyə imkan verən əsərlər nümayiş olunacaq.
Reza Deqati indiyədək dərc olunmamış fotolarından ibarət bu sərgi vasitəsilə izləyicilərə zəngin diyarın mənzərəsini, mədəniyyətini, tarixini göstərəcək.
Məşhur fotojurnalist Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir. Onun əsərləri bütün dünyada sərgilənir.
“National Geographic” Cəmiyyətinin tədqiqatçısı və “Ashoka” Fondunun baş mütəxəssisi olan Reza Deqati bir sıra beynəlxalq mükafatlar qazanıb. Missuri Universitetinin “Şərəf ” medalına və Parisin Amerika Universitetinin fəxri doktoru adına layiq görülüb. Fransa hökuməti onu göstərdiyi xidmətlərə görə Milli Cəngavərlik Ordeni ilə təltif edib.
Reza Deqatinin əsərləri eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fondun təşkilatçılığı ilə 2013-cü ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı sərgisi açılıb. Həmin sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan – alovun zərifliyi” sərgisi keçirilib.

-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq
-
İdman13:52
Məşhur model "Real"ın futbolçusu ilə villanın zirzəmisindəki macərasından danışdı - FOTOLAR
-
Avropa13:46
Ukraynada atəşkəs bu tarixdə imzalanacaq - Putinin şok planı