Art
"Tək olmağa üstünlük verirəm, amma kiminsə yanında..."
Sergey Dövlətov XX əsrin sonunun ən çox oxunan rusdilli yazıçılarından biridir. Amma onun əsərləri vətəndə yaşadığı dövrdə deyil, yalnız ABŞ-a imiqrasiyasından sonra işıq üzü görüb və Rusiyada yalnız 80-ci illərin ikinci yarısında böyük məşhurluğu əldə etdikdən sonra dərc edilməyə başlayıb.
Onun hekayələrində cəfəngiyyat insan taleyində nizamın əsasını təşkil edir. Onun qəhrəmanları adi, heç nəylə deyil diqqətəlayiq görünsə də, əslində diqqətsizliyi və laqeydliyi sayəsində parlaq və unikal olduğu məlum olan insanlardır.
Dövlətovu digər yazıçılardan fərqləndirən əsas cəhət odur ki, o, heç kimə heç bir şey öyrətmir və heç kimə hökm etmir. Onun "müsbət" və "mənfi" qəhrəmanları yoxdur, hər şey baxış bucağından asılıdır. Çünki bu, həyatın əsas həqiqətidir. Dövlətovun məzəli və eyni zamanda kədərli nəsri klassikaya və onlar da hər klassika kimi atalar sözlərinə çevrilib.
Publika.az oxucuları yazıçının aforizmləri ilə tanış edir:
"Qadınla söhbətdə bir ağrılı məqam var. Sən faktlar və arqumentlər sadalayırsan, məntiqli əsaslar göstərib sağlam düşüncəyə çağırırsan. Və gözlənilmədən aşkar edirsən ki, sənin danışıq səsin onu qıcıqlandırır".
"Ləyaqətli şəxs odur ki, iyrənc işləri zövq almadan edir".
"İnsanların böyük hissəsi həll yolu onları az qane edən bəzi problemləri həlledilməz hesab edir".
"Ətraf dürüst yox, xeyirxah, cəsarətliləri yox, həssas, prinsipial olmayanları yox, mərhəmətli insanları sevir. Başqa sözlə, heç bir prinsipi olmayanları".
"İnsan özündən “Mən kiməm” sualını soruşmağa adət edib. Bu sualın cavabı: alim, amerikalı, sürücü, yəhudi və ya immiqrant ola bilər. Ancaq insan hər zaman özünə sual verməlidir ki, “Bir zibil deyiləmmi?”
"Qadını nə pul, nə ləl-cəvahirat, nə maşın, nə restoran, nə bahalı paltar, nə var-dövlət, nə eleqantlıq, nə də qüdrət cəlb etmir. O adamı qüdrətli və eleqant edən, həm də digərlərinin məhrum olduğu - gücü diqqətini çəkir".
"Yeganə dürüst yol – xətaların, məyusluqların və ümidlər apardığı yoldur".
"Yalnızlıq yetərlidir. Məsələn, pulum həmişə tez bitir, tənhalıq heç vaxt..."
"Getməyə tənbəllik edən kişi ilə yaşamağa davam etmək ağılsızlıqdır".
"Dünya ağılsızlığa mübtəla olub. Ağılsızlıq normaya çevrilir. Norma isə möcüzə duyğusu yaradır".
"Bilirsən, həyatda əsas olan nədir? Başlıcası odur ki, həyat təkdir. Dəqiqə keçdi və bitdi. Başqası olmayacaq..."
"Hədəf nə qədər ümidsizdirsə, emosiyalar bir o qədər dərindir".
"Yalnız içdiyim zaman siqaret yandırıram. Və davamlı olaraq içirəm. Buna görə bir çox insanlar səhvən elə düşünür ki, mən siqaret çəkirəm".
"Allahdan əlavə pay istəməzlər".
"Bir kişi üçün xarakterinin olmamasından daha böyük bir faciə yoxdur!"
"Tək olmağa üstünlük verirəm, amma kiminsə yanında..."
"Sevginin heç bir ölçüsü yoxdur, o ya var, ya da yoxdur".
"Uzun müddətdir ki, insanları pozitiv və neqativə, xüsusilə roman qəhrəmanlarına bölmürəm. Bundan başqa əminəm ki, həyatda tövbə qətiliklə cinayətə, igidlik isə həzzə tabedir. Biz nə hiss ediriksə, oyuq".
"Dəvət edilən yerə qonaq getmək normaldır, çağırılmayan yerdə getmək dəhşətdir. Amma ən yaxşısı bilirsiniz nədir? Çağırırlar, amma sən getmirsən".
"Ailə - səsindən duşda kimin olduğunu təxmin etməkdir".
"Həyat gözəl və füsunkardır” - yoldaş Mayakovski intihar ərəfəsində demişdi.
Aytən Məftun
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı