• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Parisdə Ali Seyranın Azərbaycan miniatürları adlı sərgisi keçirildi - FOTO

  • Art
  • 16 İyun 2019 11:40
Parisdə Ali Seyranın Azərbaycan miniatürları adlı sərgisi keçirildi - FOTO

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Oriental Fashion Show dəstəyi ilə Səfirliyin Mədəniyyət Mərkəzində rəssam Ali Seyranın Azərbaycan miniatürları adlı sərgisi keçirilib.

Publika.az xəbər verir ki, tədbiri ADFA nın prezidenti Günel Səfərova açıb və ilk olaraq tədbirin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayeva və ADFA nın vitse prezidenti Aytən Muradovaya təşəkkürünü bildirib. Daha sonra Səfirliyin Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixi abidələr siyahısına daxil olmasından və Azərbaycan dövlətinin Fransada tarixi abidələrin qorunması və restavrasiya olunmasında gördüyü işlərdən bəhs edilib.

O, çıxışın sonunda rəssam Ali Seyranın yaradıcılığını və sərgidə təqdim olunan əsərləri təqdim edib. Ali Seyran öz növbəsində İmadəddin Nəsiminin şerlərindən ilhamlandığını və miniatürlarda sufilik, dərviş həyatı, eyni zamanda ov və müharibə səhnələrini canlandırdığını qeyd edib. Sərgidə iştirak edən qonaqlar sırasında Fransanın ən məşhur muzeylərindən olan Musée du Quai Branly idarə heyətinin üzvü (Mahjoub Berreguig) Mahcub Bereqiq, hərbi və dövlət xadimi General Şarl dö Qollun (Charles de Gaulle) qardaşının nəvəsi, diplomat və fotoqraf Laurent de Gaulle (Loran dö Qoll), Lev Tolstoyun və Konstantin Stanislavskinin nəvəsi, rejissor, ssenarist və prodüser Maksim Marduxayev, APTAGAP Yeni Texnologiyaların Təşviqi Birliyi və AMSA Mədəniyyətlərarası mübadilə Assosiasiyasının prezidenti Aleksandr Buasson, Al Sharkiah jurnalının Fashion Editor & Stylist Suna Moya, fransız jurnalistlər və digər sənətsevərlər də olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR