Art
Qarabağ haqqında film Avropada - FOTO
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi ilə bağlı İsveç və Yunanıstanda Qarabağ həqiqətlərinə həsr olunan “Son Nəfəsədək” filmi nümayiş olunub.
Bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk məlumat verib.
Ekspert İsveç Krallığının Höteborq şəhərində 26 iyun - Silahlı Qüvvələr Gününün 101 illiyinə həsr olunmuş tədbir təşkil edildiyini bildirib:
“Tədbir İsveçdə fəaliyyət göstərən Azərbaycan Kültür İdman Dərnəyi və Azərbaycan Evinin dəstəyi ilə təşkil olunub. Burada həm Qarabağ müharibəsi, həm də Xocalı hadisələrini əks etdirən “Son Nəfəsədək” filminin təqdimat mərasimi keçirilib.
Tədbir İsveçdə yaşayan soydaşlarımızın böyük marağına səbəb olub.
Tədbirdə iştirak edənlər filmin son zamanlar Qarabağda baş verənləri real əks etdirən möhtəşəm bir film olduğunu xüsusi vurğulayıblar”.
Elnur Eltürk filmin növbəti təqdimatının Yunanıstanın Saloniki şəhərində “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində baş tutduğunu bildirib:
“Film haqqında geniş məlumat verən cəmiyyətin sədri Rəşid Məmmədov süjet xəttində qəhrəman Yavərin Yuxarı Veysəlli və ətraf kəndlərin müdafiəsində göstərdiyi igidliyinin təsvir olunduğunu diqqətə çatdırıb”.
Qeyd edək ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!