Abidə Menecerləri Forumunda maraqlı müzakirə - FOTO
Bizi izləyin

Art

Abidə Menecerləri Forumunda maraqlı müzakirə - FOTO

İyunun 29-da Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunan Abidə Menecerləri Forumu öz işini davam etdirdi.

Publika.az xəbər verir ki, üçüncü iş günündə ilk olaraq “Dünya irsinin idarə edilməsinin effektivliyini artırmaq” mövzusunda müzakirə aparıldı.

Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzindən ICCROM) Eugene Jo və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) direktoru Tim Badman “İrsimizi inkişaf etdirək” mövzusunda məruzələri dinlənildi.

Tim Badman diqqətə çatdırdı ki, IUCN özündə 89 dövlət, 109 hökumət, 800-dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut və ya mərkəzlərini birləşdirir. Direktor forumda müzakirə edilən məsələlərlə bağlı qurumun fəaliyyəti və dünya irsinin qorunması sahəsində təşkilatın gördüyü işlər haqqında məlumat verdi.

Eugene Jo çıxışında mədəni və təbii irsin təkcə ənənəvi təbii səbəblərindən deyil, cəmiyyətin sosial-iqtisadi inkişafı ilə əlaqədar dağılma təhlükəsinə məruz qaldığını qeyd etdi. Mütəxəssis bu səbəblərə qarşı mübarizə tədbirləri haqqında mülahizələrini bölüşdü.

***

“Bakı şəhərinə aid vasitələrin tətbiq edilməsi üzrə qrup işi” ilə davam

edən müzakirələrdə forum iştirakçılarının paytaxtımızın tarixi irsinə dair fikir və düşüncələri dinlənildi. Mütəxəssislər qeyd olunan mövzu kontekstində tarixi-mədəni irsin qorunmasına aid müasir dövrün tələb və metodları üzrə təcrübə mübadiləsinin vacibliyini vurğuladılar. Müzakirələr zamanı təbii və mədəni sərvətlərin effektiv mühafizəsinin həyata keçirilməsi, qiymətləndirilməsi və digər məsələlər diqqət mərkəzinə çəkildi.

***

Daha sonra ICCROM-un əməkdaşı Jane Thompsonun rəhbərliyi altında abidə menecerləri qrup işlərinin təsdiqi, idarəetmə məqsədlərinə yönəldilməsi və qorunması ilə bağlı mülahizələrini qeyd etdilər.

Qrup işləri forum iştirakçılarının 28 iyun tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna səyahətlərinə həsr olunmuşdu. Həmçinin İçərişəhər irsi və onun dayanıqlı inkişafı müzakirə edildi. Müzakirələrdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsul şəxsləri də iştirak edirdilər.

6 qrup üzrə iştirakçıların təqdimatı ilə bağlı təhlillər aparıldı. Bu sahədə yeni təcrübələrin mübadiləsinə toxunuldu və İçərişəhərin tarixi-mədəni irs nümunəsi kimi əhəmiyyəti vurğulandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm