“Müstəqil vətənin memarı” videofilminin təqdimatı oldu - FOTO
Bizi izləyin

Art

“Müstəqil vətənin memarı” videofilminin təqdimatı oldu - FOTO

İyulun 30-da Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Müstəqil vətənin memarı” videofilminin təqdimatı olub.

Publika.az xəbər verir ki, müəllifi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İxtiyar Piriyev olan ekran əsəri Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir.

Təqdimatdan əvvəl mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Nazir Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və xidmətləri haqqında geniş məlumat verilib. Qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlib.

“Bu film ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. Ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin yeni dövrü başladı. Heydər Əliyevin dövlətimizin tarixində tutduğu yer xüsusi məna kəsb edir. Zaman keçəcək, illər sonra tarixçilər, siyasətçilər onun hakimiyyəti dövrünə nəzər salmaqla nə qədər böyük şəxsiyyət olduğunu bir daha görəcəklər. Çünki uzaqdan hər şey daha yaxşı müşahidə olunur. Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz, gördüyü işlər danılmazdı. Onun müdrik siyasəti ölkə həyatının bütün sahələrində özünü göstərib. Bu gün Ulu Öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyevin siyasəti tərəqqi, inkişaf siyasətidir”, - deyə Ə.Qarayev söyləyib.

Filmlə bağlı fikirlərini bölüşən nazir ekran işinin Milli Kino Günü ərəfəsində təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib.

Sonra qonaqlar filmə baxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm