Qəbələdə Avropa bəstəkarlarının əsərləri səsləndirildi - FOTO
Bizi izləyin

Art

Qəbələdə Avropa bəstəkarlarının əsərləri səsləndirildi - FOTO

Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da rəngarəngliyi ilə seçilir. Festivalın ikinci günü tamaşaçılara kamera konserti “Cello Extravaganza” təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Publika.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin zalında keçirilən kamera konsertində festivalın bədii rəhbərlərindən biri, dünya şöhrətli musiqiçi Dmitri Yablonski (violonçel, İsrail-ABŞ), həmçinin Rusiyadan gəlmiş violonçel ifaçıları Boris Andirianov, Anna Koşkina və Janna Miniotas maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə J.Offenbaxın, İ.S.Baxın, C.Sollimanın, A.Minskinin, G.Qusevin, Q.Millerin, G.Qladkov-B.Andrianovun və E.Fransininin əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm