Art
Qəbələdə “Clarte” klarnet kvarteti konsert verdi
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.
Publika.az xəbər verir ki, kamera musiqisi həvəskarlarının budəfəki qonaqları istedadlı gənc ifaçılar və Azərbaycanın “Clarte” klarnet kvarteti olub.
Konsertin birinci hissəsində tamaşaçılar pianoçular Fəqan Həsənli, Svetlana Əhmədova, fleyta ifaçıları Nicat Salmanov, Əminə Zülfüqarova, qanun ifaçısı Natəvan Həsənova, solistlər Adil Axundov (tenor) və Taleh Yahyayevin (bariton) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini dinləyiblər.
Sonra səhnə “Clarte” klarnet kvartetinin ixtiyarına verilib.
Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Anar Məmmədovun daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Konsertdə G.L.Cobbun “Russian Rag”, Vaqif Mustafazadənin “Yollar”, Tofiq Quliyevin “Zibeydə”, İ.Volantenin “American feelinq” əsərləri səsləndirilib.
Kvarteti pianoda Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom