Azərbaycanlı rəssamdan Ərdoğana hədiyyə - VİDEO
Bizi izləyin

Art

Azərbaycanlı rəssamdan Ərdoğana hədiyyə - VİDEO

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib.

Publika.az Real TV-yə istinadən xəbər verir ki, türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə Prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib.

İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.

Hazırda Səlcuk Universitetinin professoru olan rəssam bugünədək xaricdə 25 fərdi sərgi açıb, 100-dən artıq beynəlxalq sərgidə iştirak edib. Keçirilən beynəlxalq müsabiqələrdə dünya birincisi olub.

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda keçirilən “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm