Sami Yusifin Heydər Əliyev Mərkəzində keçirilmiş konsertindən görüntülər - - VİDEO
Bizi izləyin

Art

Sami Yusifin Heydər Əliyev Mərkəzində keçirilmiş konsertindən görüntülər - - VİDEO

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ilin 30 iyun tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimi üçün xüsusi mədəni proqram hazırlanmışdır.

Publika.az xəbəbr verir ki, Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salınması məqsədilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqramın əsas təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olmuşdur. Yaradıcı prodüseri Rusiyanın məşhur prodüseri Andrey Baltenko, musiqi proqramının müəllifi isə dünyaca məşhur azərbaycanlı müğənni Sami Yusif olan mədəni proqram doqquz elementdən ibarət olmuşdur. Bu elementlər “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar Sarayı”, “Novruz bayramı”, “Şəki Xan Sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdur.

Son günlərdə Sami Yusif konsertin “Şirvanşahlar Sarayı”, “Girdim yarın bağçasına” və “Nəsimi poeziyası”na həsr olunmuş hissələrini öz Youtube kanalında paylaşmışdır. Konsertdən digər görüntülər yaxın zamanda yayımlanacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm