Nəsimi festivalı çərçivəsində şeir axşamı keçirildi - FOTO
Bizi izləyin

Art

Nəsimi festivalı çərçivəsində şeir axşamı keçirildi - FOTO

İkinci Nəsimi festivalı çərçivəsində sentyabrın 29-da Şamaxının Meysəri kəndi ərazisindəki Abqora restoranında Mədəniyyət Nazirliyinin "Söz" layihəsi iştirakçılarının dahi mütəfəkkirin yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.

Publika.az xəbər verir ki, dahi şair İmadəddin Nəsiminin fəlsəfi baxışlarını əks etdirən, “Simadan-asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm...” devizi ilə keçirilən şeir gecəsində müxtəlif yaşda olan nəsimisevərlərin şeirləri dinlənilib. Poeziya həvəskarlarının ilham və vurğunluqla səsləndirdikləri şeirlər ölməz sənətkarın əbədiyaşarlığının təcəssümü olaraq, dinləyicilər tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm